Neft bahalaşır, Brent barrel başına $94,94 təşkil edir

09:35 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi günü keçirilən ticarətdə artır.

Saat 09:22-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr  fyuçersləri $1,92 (2,06%) - barrel başına $94,94-ə qədər bahalaşıb. Ticarət nəticələrinə görə, sentyabrın 2 - də Brent neftinin noyabr fyuçerslərinin qiyməti $0,66 (0,72%) - barrel başına $93,02-ə qədər artıb.

Saat 09:22-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr  fyuçersləri $1,70 (1,96%) - barrel başına $88,57-ə yüksəldi. 2 sentyabr ticarətinin nəticələrinə görə,  WTI neftinin oktyabr fyuçersi  $0,26 (0,30%) - barrel başına $86,87-a yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 6,1%, WTI - 4,6% ucuzlaşıb.


Вся лента