Qazaxıstan neftinin nəqli ilə bağlı Azərbaycanla danışıqlar aparılır

12:24 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Qazaxıstanın “KazMunayQaz” (KMG) neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neftin nəqli variantlarının həyata keçirilməsi üzrə danışıqları davam etdirir.

ABC.AZ “İnterfax Qazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və “KazMunayQaz” Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli məsələləri üzrə danışıqlara başlayıb. Nazirlikdən bildiriblər ki, hazırda “KazMunayQaz” SOCAR və Qazaxıstan neft şirkətləri ilə neftin nəqlinin müxtəlif variantları ilə bağlı danışıqları davam etdirir.

Вся лента