VTB Bank Azərbaycanda mövcudluğunu saxlayacaq - Bank rəhbəri

14:00 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. VTB Azərbaycan, Çin, Hindistan, Vyetnam, Ermənistan və Qazaxıstanda mövcudluğunu saxlamağı planlaşdırır. Bu ölkələrdə filial və törəmə bankların mövcudluğu dost ölkələrlə sabit əlaqə kanalını təmin etməyə imkan verir.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında VTB-nin rəhbəri Andrey Kostin deyib.

“Bizim filiallarımız və törəmə banklarımız dost dövlətlərlə işin düzgün qurulduğu şəraitdə etibarlı və sabit rabitə kanalını təmin etməyə imkan verir”, - deyə o qeyd edib.

Вся лента