Neft ucuzlaşır, Brent barrel başına $91,40 təşkil edir

09:20 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətdə düşür.

Saat 09:06-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr fyuçersləri $1,43 (1,54%) - barrel başına $91,40-a qədər ucuzlaşıb. Ticarət nəticələrinə görə, sentyabrın 6 - da Brent neftinin noyabr fyuçersi $2,91 (3,04%) - barrel başına $92,83-ə düşüb.

Saat 09:06-da Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersləri $1,62 (1,86%) - barrel başına $85,26-a düşdü. Sentyabrın 6-da baş tutan hərracın nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersi $1,95 (2,20%) - barrel başına $86,88-ə qədər azalıb.

Вся лента