SOCAR Türkiyədə neft axtarışına başlayır

16:54 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış müvafiq razılaşmaya uyğun olaraq, Türkiyənin TPAO şirkəti adından neft axtarışı məqsədilə qazma işləri aparmaq üçün SOCAR-ın Kompleks Qazma İşlər Trestinin nümayəndəsi Zəkulla Kərimov Batman şəhərinə gəlib, ilkin araşdırmalar edib.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zəkulla Kərimov mart ayında İstanbulda keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində Batmanda ən mühüm qazma işlərini həyata keçirməyi planlaşdırdıqlarını ifadə edib.

“Bölgədə edəcəyimiz qazma zamanı neft aşkar etsək, çox şad olarıq”, - Zəkulla Kərimov qeyd edib.

 

Вся лента