Neft bahalaşır, Brent $89,92/barrel təşkil edir

09:30 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən ticarətdə artmaqdadır.

Saat  09:20-də  London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr  fyuçersləri $0,77 (0,86%) - barrel başına $89,92-ə qədər bahalaşıb. 8 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr  fyuçersləri $0,29 (0,33%) - barrel başına $88,29-a yüksəldi.

Saat 09:20-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində   WTI neftinin oktyabr fyuçersinin $0,53 (0,63%) barrel başına $84,07-ə qədər artmışdır. 8 sentyabr ticarətinin nəticələrinə görə, WTI  neftinin oktyabr fyuçersi $0,37 (0,45%) - barrel başına $82,31-a yüksəldi.

Bu həftə Brent markalı neft 5,09%, WTI – 5,25% ucuzlaşıb.

Вся лента