Neft ucuzlaşır, Brent barrel başına $91,52 təşkil edir

09:30 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi gün ticarətdə düşür.

London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin noyabr fyuçersləri saat 09:10-da $1,32 (1,42%) - barrel başına $91,52-ə qədər ucuzlaşıb. 9 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $3,69 (4,14%) - barrel başına $92,84-ə yüksəldi.

Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində  WTI neftinin oktyabr fyuçersləri saat 09:11-də  $1,42 (1,64%) - barrel başına $85,37-ə düşdü. 9 sentyabr ticarətinin nəticələrinə görə,  WTI neftinin oktyabr fyuçersləri $3,25 (3,89%) - barrel başına $86,79-a yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 0,19%, WTI - 0,09% ucuzlaşıb.

Вся лента