Sinqapur şirkəti Azərbaycanda zavod tikmək istəyir

11:19 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Sentyabrın 12-də İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.

ABC.AZ xəbər verir ki, memoranduma əsasən Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanlarının araşdırılması və tərəflər arasında müvafiq məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, İndorama şirkəti azot gübrələri, fosfat gübrələri, polietilen, polipropilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcəklər də daxil olmaqla bir çox məhsul istehsalı üzrə 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Brazilya, Malayziya, Afrika və. s) 20-dən çox sənaye müəssisəsinə malikdir. Şirkətin 18 000-dən çox işçisi var.

Вся лента