SOCAR “Özbəkneftqaz”la əməkdaşlığı genişləndirmək niyyətindədir

15:10 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə əmkdaşlığın genişləndirilməsini nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, sentyabrın 7-9-da SOCAR-ın nümayəndə heyəti “Özbəkneftqaz” SC-də və istehsalat müəssisələrində olub.

Səfər zamanı Özbəkistanda dərin neft və qaz emalı yatağının hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair təqdimat keçirilib.

Müzakirələr zamanı neft-kimya layihələri, o cümlədən SOCAR-ın fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Nümayəndə heyətinin üzvləri Qaşqədərya vilayətindəki “Uzbekistan GTL” zavodunun, Şurtan qaz-kimya kompleksinin və Şurtan neft-qazçıxarma idarəsinin istehsalat sahələrində olub, müəssisələrin texnoloji imkanları və istehsal prosesləri ilə tanış olublar.

Вся лента