Neft ucuzlaşır, “Brent”in barreli 93,90 dollardır

09:26 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəllki ticarətdə yüksəldikdən sonra cümə axşamı hərraclarda aşağı düşür.

Saat 09:15-da Londonun ICE Futures Birjasında keçirilən ticarətdə Brent markalı neftin noyabr fyuçersləri 0,20 dollar (0,21%) ucuzlaşaraq 93,90 dollar/barelə bərabər olub.  Sentyabrın 14-də keçirilən ticarətin nəticəsində Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,93 dollar (1,0%) artaraq 94,10 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasının  (NYMEX) ticarətində saat 09:15 -da WTI markalı neftin oktyabr fyuçersləri 0,08 dollar (0,09%) ucuzlaşaraq 1 barelə görə 88,40 dollar təşkil edib.  Sentyabrın 14-də ticarət nəticələrinə görə WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri 1,17 dollar (1,34%) artaraq 88,48 dollar/barelə bərabər olub.

Вся лента