Neft bahalaşıb, Brent-in bareli 91,19 dollardır

09:30 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bir gün əvvəl ciddi enişdən sonra cümə günü hərraclarda yüksəlir.

Saat 09:10-da Londonun ICE Futures Birjasında keçirilən ticarətdə Brent markalı neftin noyabr fyuçersləri 0,35 dollar (0,39%) bahalaşaraq 1 barelə görə 91,19 dollar olub.  Sentyabrın 15-də ticarət nəticəsində Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,26 dollar (3,46%) ucuzlaşaraq 90,84 dollar/barelə bərabər olub.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:10-da  WTI markalı neftin oktyabr fyuçersləri  0,20 dollar (0,23%) bahalaşaraq 85,30 dollar/barelə çatıb.  Sentyabrın 15-də keçirilən ticarətin nəticəsində  WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri 3,38 dollar (3,82%) ucuzlaşaraq 85,10 dollar/barelə bərabər olub.

 

Вся лента