Daha iki ölkənin bankları Mir kartlarının qəbulunu dayandırıb - Təfərrüat

12:04 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Daha iki dost ölkənin - Vyetnam və Qazaxıstanın bankları Mir kartlarını qəbul etməyi dayandırıblar. Rusiya ödəniş sistemi ilə işləməkdən imtinaya səbəb Qərbin mümkün sanksiyaları ilə bağlı qorxudur.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə, Vyetnam bankı "BIDV" artıq Rusiyanın Mir ödəniş sisteminin kartlarını qəbul etmir. Kredit təşkilatının çağrı mərkəzindən "İzvestiya"ya bildirilib ki, BIDV Visa, Mastercard, Western Union, JCB, UnionPay kartlarına xidmət göstərməkdə davam edir, lakin Mir ödəniş sistemi artıq bu siyahıda yoxdur.

Qazaxıstanın Halyk Bankı (Halyk Bank) da Mir kartları ilə əməliyyatları dayandırıb. Onlar xəbərdarlıq ediblər ki, Rusiya kartlarına nə terminallar, nə də bankomatlar vasitəsilə xidmət göstərilmir.

 

Вся лента