Türkiyə Rusiyaya ixracını artırıb

16:54 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Avqustda Türkiyə Rusiyaya 949 milyon dollar dəyərində mal göndərib.

ABC.AZ-ın məlumatına görə, bu da ötən ilin avqust ayı ilə müqayisədə (451 milyon dollar) 2,1 dəfə, əvvəlki ayla müqayisədə (729 milyon dollar) 27% çoxdur.

Yayın əvvəlində Türkiyədən Rusiyaya tədarüklərdə kəskin artım qeydə alınıb. İyun ayında ixrac 790 milyon dollar təşkil edib ki, bu da ən azı 2010-cu ildən bəri bir ayın ən yüksək göstəricisidir.

Ekspertlər bunu Qərbin Rusiyaya qarşı sanksiyaları ilə izah ediblər ki, bu da Rusiya “qeyri-dost” kimi tanınan ölkələri əvəz etmək üçün alternativ təchizatçılar axtarmağa məcbur edib.

Вся лента