“Atabank” -ın balansındakı əmlaklar hərraca çıxarılır

11:25 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Oktyabrın 5-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınar əmlaklar, 2 ədəd “Hitachi” markalı kondisioner, 1 ədəd “Panasonic” markalı kondisioner, 1 ədəd “Maktek” markalı kombi, 6 ədəd kombi radiatoru, 9 ədəd kamera IP, 1 ədəd bunker seyf qapı və 1 ədəd bunker dəmir barmaqlıqdır.

Daşınar əmlakların ilkin satış qiyməti 3520 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. Tel: 055-206-66-67.

 

Вся лента