Dünyanın ən böyük "duty free"si bu ölkədə açılacaq

16:12 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük rüsumsuz mağazası (duty free) bu il oktyabrın 28-də Çinin Haykou şəhərində açılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə yerli “Hainan Daily” qəzeti yazır. 280.000 kvadratmetrlik mağazanın özü nəhəng kompleksin bir hissəsidir.

Burada, o cümlədən, mehmanxana, ofis sahəsi və ümumi malların satıldığı digər mağazalar yerləşəcək.

Qəzet yazır ki, bu günə kimi 800-dən çox Çin və xarici brend öz məhsullarını bu rüsumsuz mağazada yerləşdirməyə hazırdır.

Hainan səlahiyyətliləri 2011-ci ildə inkişaf etmiş rüsumsuz şəbəkə yaratmaq üçün pilot proqrama başlamışdır. Hazırda adada Haykou şəhərinin əyalət paytaxtında, Sanya kurortunda, həmçinin Haynan əyalətinin şimal-şərqindəki Qionghai rayonunun Boao sahil qəsəbəsində yerləşən doqquz rüsumsuz mağaza fəaliyyət göstərir.

Вся лента