Tesla şirkəti istehsalda rekord qırıb - 343 830 avtomobil təhvil verib

16:37 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. ABŞ-ın Tesla şirkəti, 2022-ci ilin üçüncü rübündə nəqliyyat vasitələrinin təhvil verilməsində rekord qırıb.

ABC.AZ xəbər verir ki, bu davam edən istehsal və logistika çətinlikləri fonunda yaşanıb.

Belə ki, Tesla 2022-ci ilin üçüncü rübündə dünya üzrə sifarişçilərə 343 830 avtomobil təhvil verərək rekordu yeniləyib.

Qeyd edək ki, bir il əvvəlin analoji dövründə bu rəqəm 241,3 min olmuşdu.

Şirkətin Baş direktoru Elon Musk Twitter-də bildirib: "Xərcləri azaltmaq və Tesla komandasındakı stressi azaltmaq üçün son rübün çılğın təhvil dalğasını yüngülləşdirmək istəyirik. Biz növbəti rüblərdə daha sabit təhvillər hədəfləyirik”.

Вся лента