Neft bahalaşır, Brent barrel başına $89,29 təşkil edir

09:25 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən sessiyanın nəticələrinə görə kəskin artımdan sonra çərşənbə axşamı ticarətində artmaqdadır.

Saat 09:13-də London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti bir barrel üçün $89,29, ötən sessiyanın bağlanmasında  qeyd edilən qiymətdən $0,43 (0,48%) yüksəkdir. Oktyabrın 3-də baş tutan hərracların nəticələrinə görə, bu müqavilələr $3,72 (4,37%), barrel başına $88,86-a qədər bahalaşıb.

Saat 09:13-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin üçün noyabr fyuçersi bir barel üçün $83,88, əvvəlki sessiyanın yekun dəyərindən $0,25 (0,30%) yüksəkdir. Oktyabrın 3-də hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $4,14 (5,21%), bir barrelə $83,63-ə yüksəldi.

Вся лента