Azərsu rəhbərliyi Mingəçevirdə vətəndaşları qəbul edəcək

05.10.2022,14:12


5 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC- nin sədr müavini Köçərli Həsənov 12 oktyabr 2022-ci il tarixində Mingəçevir  şəhərində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.

ABC.AZ quruma istinadla xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.