"Brent" markalı neftin qiyməti 93 dolları ötdü

05.10.2022,17:36


5 oktyabr, Fineko/abc.az. "Brent" markalı neftin qiyməti sentyabrın 21-dən bəri ilk dəfə bir barel üçün 93 dolları ötüb.

ABC.AZ xəbər verir ki, neft qiymətləri 1%-dən çox artıb.

Neftin yenidən bahlaşmasının səbəbi OPEC+ Monitorinq Komitəsinin hasilatı gündəlik 2 milyon barel azaltmağa razılaşmasıdır.

Hasilatın səviyyəsi ilə bağlı yekun qərar nazirlərin iclasında bütün 23 OPEC+ ölkəsi tərəfindən təsdiqlənməlidir.