Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 9 ayda 17% artıb

11:16 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. “İxrac icmalı”nın oktyabr sayına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ “İxrac icmalı”nın sözügedən sayına istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.

Müəllif: Elmir Murad

Вся лента