Dünyada valyuta ehtiyatları 1 trilyon dollar azalıb

06.10.2022,11:55


6 oktyabr, Fineko/abc.az. Qlobal valyuta ehtiyatları bu il 1 trilyon dollar azalıb ki, bu da Bloomberg-in 2003-cü ildə məlumatları hesablamağa başlamasından bəri ən yüksək göstəricidir.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, valyuta ehtiyatlarında 7,8% azalmanın bir hissəsi qiymətləndirmə dəyişiklikləri ilə bağlı olub.

ABŞ-ın valyutası avro və yen kimi digər ehtiyat valyutalar qarşısında son 20 ilin ən yüksək səviyyəsinə doğru bahalaşdıqca, bu valyutalardan ibarət ehtiyatlar dollar ilə ifadə də dəyəri azalıb.

Lakin qlobal ehtiyatların azalmasına xeyli sayda mərkəzi bankın öz valyutalarını qorumaq üçün bazara müdaxilə etmələri əhəmiyyətli təsir göstərib.