Sığorta sahəsində vəziyyəti yaxşı olan şirkətlər - Siyahı

17:33 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınıb.

ABC.AZ xəbər verir ki, İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulur.

Şikayәt indeksi - İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

İndeksə görə, xidmət səviyyəsi “AtaSığorta” ASC, “Günay Sığorta” ASC, “Azәrsığorta” ASC, “Bakı Sığorta” ASC, “Azәrbaycan Sәnaye Sığorta” ASC, “Atәşgah” Sığorta Şirkәti ASC-də aşağı, “İpәk Yolu Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Qala Sığorta” ASC,“Meqa Sığorta” ASC, “A-Qroup Sığorta Şirkәti” ASC, “Paşa Sığorta” ASC və “Naxçıvansığorta” ASC-də yaxşıdır.

Вся лента