“Kapital Bank”ın nizamnamə kapitalı artırılacaq

15:12 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az.  17 noyabr 2022-ci il tarixində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

- “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi haqqında.

- “Kapital Bank” ASC-nin nizamnaməsinin yenilənməsi məsələsi haqqında.

- “Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.

- Digər məsələlər.

Yığıncaq Bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.

“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245 milyon 850 min manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

Вся лента