“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 2,4 dəfə artıb

16:18 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. “Bank VTB Azərbaycan” ASC bu ilin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, 9 ay ərzində Bankın əməliyyat gəlirləri 29,5 milyon manat, o cümlədən faiz gəlirləri 18,6 milyon manat, qeyri-faiz gəlirləri 10,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 52,6%, qeyri-faiz gəlirləri isə 2 dəfə artıb. “Bank VTB Azərbaycan” hesabat dövrünü 9,6 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

Sentyabrın sonuna bankın kredit portfeli 156,1 milyon manat, depozit portfeli 76,9 milyon manat olub. Fiziki şəxslərin əmanətlərində bu ilin əvvəlindən 13,3% artım qeydə alınıb. Bankın məcmu kapitalı bu ilin əvvəlindən 13,2% artaraq 77,8 milyon manat təşkil edib.

Вся лента