Bank VTB (Azərbaycan) tender elan edir

14:31 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az.  Bank VTB (Azərbaycan) ASC Yeni il hədiyyələri üçün kreativ ideyalar və onların reallaşdırılması xidmətləri üzrə tender elan edir.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 10.11.2022-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  

 

Вся лента