Kredit portfeli azalan banklar

11:53 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Bank BTB” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (11,3%), ən az azalma isə İran bankında (1,3%) qeydə alınıb.

Qalan 22 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (58%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan” ASC-də (0,6%) qeydə alınıb.

 

Вся лента