Öhdəlikləri 2 mlrd. manatdan çox olan banklar

11:33 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə öhdəlikləri 2 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 881,632 milyon manat), “Kapital Bank” (7 005,39 milyon manat), “PAŞA Bank” (6 984,762 milyon manat) və “Xalq Bank” (2 132,898 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də öhdəliklər 1 milyard manatdan 2 milyard manata qədər, 18 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 2 isə 100 milyon manatdan azdır.

Вся лента