Son 10 ayda Azərbaycanda 111 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

16:25 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə,  iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,7 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 32,8 manata bərabər olub.

Вся лента