Son 10 ayda əsas kapitala bu qədər çox vəsait yönəldilib

17:11 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,5 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,8 % artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 6 585,4 milyon manatı və yaxud 55,9 %-i məhsul istehsalı sahələrinə, 4 457,5 milyon manatı və yaxud 37,9 %-i xidmət sahələrinə, 731,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Вся лента