Xidmət sektorunda bu işlər azalıb - Hesabat

14:34 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi son 10 ayda ölkədə istehsal olunan malların hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən tarixdə tütün məmulatlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 6,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 30,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz artıb.

Вся лента