Azəralüminium MMC çətin durumda - Şirkətin taleyi ickasda müzakirə olundu

16:43 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə 11 noyabr 2022-ci il tarixində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, ASC-nin yaydığı məlumatda bildirilir ki, iclasda 2022-ci ilin son proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilib.

"Son illərdə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərərlərin ardınca 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, qlobal alüminium sənayesində azalmaqda davam edən iqtisadi fəallıq, ənənəvi loqistik marşrutlardakı problemlər və digər bu kimi səbəblərdən bir sıra ciddi risklər yaranmış və dünya iqtisadiyyatı staqflyasiya təhlükəsi ilə üz-üzə qalmışdır. Dünya birjalarındakı kəskin volatillik uzunmüddətli planların qurulmasında çətinliklər yaratmışdır", - məlumatda bildirilir.

Вся лента