2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat proqnozlaşdırılıb

12:01 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb və iclasda Baş nazir Əli Əsədov da iştirak edib.

İclasda bildirilib ki, 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıbEyni zamanda layihəyə görə, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur.

2023-cü il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.

Вся лента