Neft ucuzlaşır, Brent bir barelə $91,78 təşkil edir

08:35 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı baş tutan hərracda neftin etalon markalarının qiymətləri aşağı düşür.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 08:26-da $1,08 (1,16%) - bir barelə $91,78-a düşdü. Noyabrın 16-da keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $1,00 (1,07%), bir barelə $92,86-a qədər ucuzlaşdı.

Nyu-York əmtəə birjasının (NYDEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:26-da $1,17 (1,37%) - bir barelə $84,42-a düşdü. Noyabrın 16-da keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələrin qiyməti $1,33 (1,53%) azalaraq bir barel üçün $85,59-a düşüb.

Вся лента