Azərbaycanın xaricdən idxal etdiyi hibrid avtomobillərin sayı azalıb – Hesabat

15:52 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Azərbaycana hökumət tərəfindən cari ildən stimullaşdırıcı güzəştlər olsa da, bu il xaricdən idxal etdiyi hibrid mühərrikli minik avtomobillərinin sayı azalıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ötən il hökumət tərəfindən istehsalı 3 ildən və mühərrikinin həcmi 2 500 kub- sm-dan çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilmişdi.

Gömrükdən daxil olan rəsmi göstəricilərə görə, Azərbaycan 2022-ci ilin ilk 10 ayı ərzində 9 770 hibrid mühərrikli minik avtomobili idxal edib. Bu rəqəm 2021-ci ilin eyni dövründən 263 ədəd, yaxud 3 faiz aşağı göstəricidir. Lakin, miqdar baxımından aşağı göstərici qeydə alınsa da, idxal dəyəri baxımından artıb. 9 770 hibrid avtomobilinin idxal dəyəri $119.75 milyon təşkil edib. Bu ötən ilin analoji dövründə $61.06 milyon idi.

Eyni ilə vergi güzəşti tətbiq edilən elektro-avtomobillərin sayında da kəmiyyət baxımından gözəçarpan yüksəliş yoxdur. Ötən ilin 10 ayı ərzində ölkəyə 106 e-car idxal edilib, bu isə cari ilin eyni dövründə 368 ədəd təşkil edib.

Вся лента