Neft ucuzlaşır, Brent bir barelə $86,71

09:35 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Keçən həftənin enişindən sonra bazar ertəsi ticarətində neftin etalon markalarının qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25-də $0,91 (1,04%) azalaraq bir barelə $86,71-a düşüb. Noyabrın 18-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $2,16 (2,41%) ucuzlaşaraq bir barelə $87,62-a çatıb.

Nyu-York əmtəə birjasının (NYDEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:25-də $0,87 (1,09%) - bir barelə $79,21-a düşdü. Noyabrın 18-də baş tutan ticarətin nəticələrinə görə, bu müqavilələrin qiyməti $1,56 (1,91%) azalaraq bir barelə $80,08-a düşüb.

Ötən həftənin nəticələrinə görə Brent markalı neft $8,37 (8,72%), WTI nefti isə $8,88 (9,98%) ucuzlaşıb.

 

Вся лента