Xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı azalıb - Hesabat

12:30 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Xarici ticarət iştirakçılarının sayı azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 10 ayı üzrə xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs ikən, 2022-ci ilin 10 ayı ərzində 49 min 46 şəxs təşkil edib. İştirakçıların sayında 5 min 827 şəxs azalma fiziki şəxslər üzrə xarici ticarət iştirakçılarının sayının azalması ilə əlaqədardır.

2021-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr dövründə fiziki şəxs xarici ticarət iştirakçılarının sayı 6 min 373 şəxs azalaraq 40 min 250 şəxsə düşüb.

Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçılarının sayı isə 546 şəxs artaraq 8 min 796 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 8 min 250 hüquqi şəxs xarici ticarət fəaliyyətilə məşğul olmuşdu.

 

Вся лента