Əməliyyat xərcləri azalan Banklar - Siyahı

10:36 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Bankı” (ASB) və “Premium Bank” ASC-lərdir.

Ən çox azalma “Premium Bank”da (21,5%), ən az azalma isə ASB-də (4%) qeydə alınıb.

Qalan 24 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (56%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (3,8%) qeydə alınıb.

Вся лента