Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan vəsait azaldılır

14:51 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. 2023-cü ilin dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu, Azərbaycan DTX strukturunda edilən dəyişikliklərə görə edilib: “Naxçıvanda yeni yaradılan Baş İdarə dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.

31,1 milyon manat azaldılan vəsait isə aşağıdakı xərclərə yönəldiləcək:

- Yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə,

- Beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə,

- Səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına”.

Nazir əlavə edib ki, yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərcləri bölməsinin köməkçi bölməsinə yönəldiləcək.

 

Вся лента