Son 10 ayda 294 068 daşınmaz əmlakın qeydiyyatı aparılıb

15:08 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti 294 068 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə xəbər verir ki, 10 aylıq göstəricinin 70 558-i (24%) ilkin, 223 510-u (76%) isə təkrar qeydiyyatın, eləcə də 26,4%-i Bakının, qalanı isə bölgələrin payına düşüb.

Əmlaklardan 41 040-ı fərdi yaşayış və bağ evi, 75 387-si mənzil, 167 909-u torpaq sahəsi, 2 927-si qeyri-yaşayış binası, 6 100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 34 469 olub.

Вся лента