Misir prezidenti Əs-Sisi Azərbaycana gələcək

16:22 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. “Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri gözlənilir”.

ABC.AZ xəbər verir ki, bunu Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid APA-ya müsahibəsi zamanı deyib.

Diplomat qeyd edib ki, səfər dəvəti qüvvədədir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisini Azərbaycana səfərə dəvət etmişdi, lakin pandemiya səbəbi ilə bu səfər baş tutmadı və sonradan həmin dəvət yeniləndi. Hazırda səfərlə bağlı hazırlıq prosesi gedir, işlər görülür, lakin səfərin hansı tarixdə baş tutacağı haqda dəqiq məlumat yoxdur. Bir sözlə, səfər gözlənilir”.

Вся лента