Son 9 ayda sığorta ödənişləri 42 milyon manat azalıb

11:07 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sığorta sektorunun maliyyə göstəriciləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, yanvar-oktyabr aylarında toplanmış sığorta haqları artıb. Əvəzində bu dövrdə sığorta ödənişləri azalıb.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığorta ödənişləri 359 milyon 297 min manat təşkil edib.

Bu ötən illə myüqayisədə 42 milyon manat və ya 10,5% azdır.

Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında sığorta ödənişləri 401,4 milyon manat olub.

Вся лента