Qeyri-faiz xərcləri artan banklar

12:23 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Günay Bank” və “Premium Bank” ASC-lərdir.

Ən çox azalma “Premium Bank”da (14,1%), ən az azalma isə “Günay Bank”da (3,8%) qeydə alınıb.

Qalan 24 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (60%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (0,3%) qeydə alınıb.

 

Вся лента