Taksi sürücüləri üçün yeni ödənişlər tətbiq ediləcək

16:07 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Azərbaycanda yük və sərnişin daşımaları ilə məşğul olanlar, o cümlədən taksi sürücüləri üçün yeni ödəniş tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu «Tibbi sığorta haqqında» qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycan ərazisində fərdi qaydada (yəni  muzdlu işçi cəlb eləmədən) avtomobillə sərnişin və yük daşımaları ilə məşğul olan şəxslər, o cümloədən taksi sürücüləri tibbi sığota ediləcəklər və buna görə 12 manat ödəniş etməli olacaqlar.

Bu məbləğ minimum əmək haqqına əsasən hesablanıb. Belə ki, belə kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığorta almalıdırlar.

Yük və sərnişin daşıyanlar, o cümlədən taksi sürücüləri bu sığorta haqqını «Fərqlənmə nişanı» alarkən ödəməlidirlər.

Вся лента