Növbəti il “Azəri-Çıraq-Günəşli”də xam neft hasilatı azalacaq – Proqnoz

16:48 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. 2023-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcminin 129,6 milyon barel olması proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, hasilatın aşağı düşməsi səbəbindən bu göstərici 2022-ci ilin göstəricisinə (153,1 milyon barel) nisbətən 23,5 milyon barel azdır.

“Azəri-Çıraq-Günəşli” yatağı üzrə son illərin proqnoz göstəricilərinin müqayisəsi nəticəsində 2015-ci ilin hasilat proqnozu ilə 2023-cü ilin hasilat proqnozu arasında təqribən 102 milyon barel və ya 44 faiz azalma müşahidə edilib. Təqdim olunan proqnoz göstəricilərinə əsasən, azalma tendensiyasının növbəti illərdə də davam etməsi gözlənilir ki, ortamüddətli proqnozda neftin qiymətinin 2023-cü ilin göstəricisi ilə sabit götürülməsi halında bu mənbə üzrə Dövlət Neft Fondun gəlirlərinin kəskin azalması ehtimalı yaranır.

Вся лента