Valyuta əməliyyatları barədə məlumatların qaydaları pozularsa cərimələr olacaq

29.11.2022,17:11


29 noyabr, Fineko/abc.az. Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulmasına görə cərimələr müəyyənləşir.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).