Valyuta mübadiləsi əməliyyatları ilə bağlı baza yaradılacaq

17:25 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə bu, Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Вся лента