Ödənişləri kəskin azalan sığorta növü - Hesabat

11:09 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Mərkəzi Bank bu ilin yanvar-oktyabr ayları üzrə hesabatında həyat sığortası növlərində artım, qeyri-həyat sığortasında isə azalma olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 6,5% azalaraq 202,472 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,1% azalaraq 156,825 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 49,4 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 40,4 manat müştərilərə geri ödənilib.

Bu rəqəmlər 2021-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 68,9 manat və 47,2 manat olub.

Вся лента