“GünaySığorta”da yığımlar kəskin azalıb – Şirkətdə nə baş verir?

10:18 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. “GünaySığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb.

ABC.AZ-ın məlumatına görə, ilin əvvəlindən başlamış bu problem aradan qaldırıla bilmir.

Sözügedən tendensiya Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatında da öz əksini tapıb. Belə ki, şirkət tərəfindən bu ilin 10 ayında 6,402 mln. manat həcmində sığorta haqqı toplanılıb. Bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,249 mln. manat və ya 26% azdır.

Hesabat dövründə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində artım müşahidə olunub. Qeyd olunan dövrlə müqayisədə sığorta ödənişləri 0,013 mln. manat və ya 0,4% artaraq 3,414 mln. manata çatıb.

Müəllif: Elmir Murad

Вся лента