Serbiyada hökumət buna görə şirkətlərə xəbərdarlıq etdi

11:22 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Serbiyanın Nazirlər Kabineti əsas ərzaq məhsullarının, o cümlədən şəkər, un və günəbaxan yağının qiymətlərini məhdudlaşdırmaq barədə qərar qəbul edib.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, bitki yağının maksimum qiyməti litr üçün 219,99 dinardan (1,98 dollar), dənəvər şəkərin – kiloqramı üçün 114,99 dinardan (1,035 dollar) çox olmamalıdır, yüksək keyfiyyətli ununu kiloqramı 84,7 dinar (0,77 dollar) olmalıdır.

Eyni zamanda hökumət şirkətlərə xəbərdarlıq edib ki, bu qiymətlərin tətbiqindən sonra ölkəyə ərzaq gətirməyi azaltmaq fikrinə düşməsinlər. Belə addım atanları 850-17 000 dollar cərimə, eləcə də fəaliyyətini 6 ay 1 il müddətinə dayandırmaq gözləyir.

 

Вся лента