Bu turizm şirkəti ödəniş edə bilmədi, müflis oldu

16:00 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  Azərbaycanda turizm şirkəti ödəniş qabiliyyətini itirdiyinə görə müflis olduğunu elan edib.

ABC.AZ xəbər verir ki, “İz Travel” MMC (VÖEN: 1305211521) öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması əsasdan, təsisçinin 23 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində iflas prosesinə başlanılıb.

Qəhrəmanov Azad Sərdar oğlu “İz Travel” MMC-nin əmlak inzibatçısı təyin edilib.
Kreditorların növbəti iclası 13.12.2022-ci il tarixdə, saat 17:00-a Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanında keçiriləcək.

Вся лента